Niderlandda qalib gələn partiyanın lideri Ukraynaya silah verilməsinin əleyhinə çıxış edib

Niderlandda qalib gələn partiyanın lideri Ukraynaya silah verilməsinin əleyhinə çıxış edib backend

Niderland "Azadlıq Partiyası"nın lideri Vilders Kiyevə silah verilməsinin əleyhinə çıxış edib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Hollandiyada parlament seçkilərində qalib gələn ifrat sağçı Azadlıq Partiyasının (PVV) lideri Gert Vilders Ukraynaya silah tədarükünün dayandırılması ilə bağlı mövqeyini təkrarlayıb.

O, bu barədə  Kanadanın "Rebel News" portalına müsahibəsində bildirib.

“Hesab edirəm ki, niderland onları (Ukrayna. - Red.) müdafiə üçün silahla təmin etməməlidir, çünki bizim özümüzdə çox az silah var”, - o deyib.

Vilders əlavə edib ki, o, ölkələr arasında danışıqlara başlanmasının tərəfdarıdır.

QAZİLER.AZ

Diaspora