Tanzaniyada güclü daşqınlar və torpaq sürüşmələri 50-yə yaxın insanın həyatına son qoyub

Tanzaniyada güclü daşqınlar və torpaq sürüşmələri 50-yə yaxın insanın həyatına son qoyub backend

Tanzaniyada ölkənin şimal hissəsində torpaq sürüşməsi və daşqınlar nəticəsində 47 nəfər ölüb, 85 nəfər yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə yerli KİV məlumat yayıb.

"Jambo TV"-nin məlumatına görə, dekabrın 2-də Kateş şəhərinə yağan güclü yağışlar geniş dağıntılara və insan tələfatına səbəb olub.

Təxminən 13 min əhalisi olan şəhər Tanzaniyanın dördüncü ən yüksək dağı olan Hananqdan sürüşməyə məruz qalıb.

Sürüşmə evləri bünövrəsi ilə birlikdə söküb, yolu dağıdıb.

Hazırda BMT-nin İqlim Dəyişikliyi Konfransı üçün Dubayda olan Tanzaniya prezidenti Samiya Hasan təbii fəlakət qurbanlarının ailələrinə başsağlığı verib və “insanları xilas etmək üçün əlavə hökumət qüvvələrinin göndərildiyini” deyib.

QAZİLER.AZ

Diaspora