Rumıniyada 4,8 bal gücündə daha bir zəlzələ baş verib

Rumıniyada 4,8 bal gücündə daha bir zəlzələ baş verib backend

Ötən gecə Rumıniyada bu ilin əvvəlindən bəri ən güclü zəlzələlərdən biri baş verib.

Qaziler.az bildirir ki, gecə saatlarında Vrança seysmik zonasında 4,8 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Bu barədə Rumıniya Yer Fizika İnstitutu məlumat yayıb.

Bu, bazar günü eyni ərazidə baş verən ikinci zəlzələdir. 3,2 bal gücündə ilk yeraltı təkanlar saat 12:43-də qeydə alınıb.

Zəlzələnin ocağı 132,5 km dərinlikdə yerləşib.

Bu il Rumıniyada ən güclü zəlzələ fevralın 14-də Qorj qraflığında baş verib. Zəlzələnin gücü Rixter cədvəli üzrə 5,7 bal olub.

QAZİLER.AZ

Diaspora