Moldovanın paytaxtı Kişinyovda trolleybusda nəzarətçinin sərnişinə rus dilində müraciətindən sonra dava düşüb.
Qaziler.az bildirir ki, bu barədə Moldova telekanalı məlumat yayıb və qızın lentə aldığı hadisənin videosunu paylaşıb.
Hadisə ictimai nəqliyyatda baş verib. Qadın sərnişin nəqliyyatda pəncərəni açıb, bundan sonra konduktor rus dilində onu bağlamağı xahiş edib. Bundan sonra qız ondan rumın dilində danışmağı tələb etməyə başladı. Nəticədə konduktor pəncərəni özü bağlasa da, gənc qız onu yenidən açıb...
Qızın çəkdiyi videoda da bir neçə sərnişinin razılıq olmadan lentə alınmasından narazılıq ifadə etdiyi görünüb.
QAZİLER.AZ