"Mycoplasma pneumoniae" pnevmoniyasının ilk halları İtaliyada qeydə alınıb.
Qaziler.az bildirir ki, bu barədə dekabrın 2-də Rai News 24 telekanalı məlumat yayıb.
“İtaliyada "mikoplazma" pnevmoniyasının ilk halları Perucada müəyyən edilib. İki uşaq tənəffüs problemləri ilə xəstəxanaya yerləşdirilib”, - məlumatda deyilir.
Qeyd olunur ki, son günlər geniş yayılmış infeksiya xəbərlərinin yayıldığı Çində epidemioloji vəziyyəti nəzərə alaraq, İtaliyada xəstəlik halları ilə bağlı ölkənin Ali Səhiyyə İnstitutuna məlumat verilib.
QAZİLER.AZ
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
