Rusiya Estoniyanın sərhədi bağlamağa hazır olmasına reaksiya verib

Rusiya Estoniyanın sərhədi bağlamağa hazır olmasına reaksiya verib backend

Estoniya Rusiya ilə sərhədini bağlasa, Moskva eyni şəkildə cavab verməyəcək.

Qaziler.az bildirir ki, Lenta.ru ilə söhbətində Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Svetlana Jurova Tallinnin istənilən vaxt ölkələr arasında quru sərhədini keçməyə qadağa qoymağa hazır olmasına belə cavab verib.

"Estoniya bunu etsə, Rusiya cavab olaraq sərhədi bağlamayacaq"

Deputatın sözlərinə görə, Rusiya ilə Estoniya arasında quru sərhədi ən çox logistika məqsədləri üçün istifadə olunub. Hər iki ölkənin sərhədyanı rayonlarının vətəndaşları da şəxsi məqsədlər üçün oradan istifadə ediblər.

QAZİLER.AZ

Diaspora