İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS-ın “Şati” batalyonunun komandirini öldürüb.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi “Telegram” kanalında paylaşım edilib.
“İsrail Müdafiə Qüvvələri kəşfiyyatının verdiyi məlumata görə, IDF-nin qırıcı təyyarəsi HƏMAS-ın “Şati” batalyonunun komandiri Haytam Huvadcarinin olduğu məkana zərbə endirərək onu öldürüb.
Haytam Huvadcarinin komandanlığı altında HƏMAS terrorçuları oktyabrın 7-də İsrailin cənubunda basqın və qırğınlar həyata keçiriblər. Huvadcari, həmçinin, HƏMAS terrorçularının “Şifa” xəstəxanasında fəaliyyətinə də nəzarət edib və Şati bölgəsində IDF əsgərləri ilə döyüşən HƏMAS qüvvələrinə komandanlıq edib.
O, eyni zamanda, israillilərə qarşı çoxsaylı terror aktlarının həyata keçirilməsinə görə məsul olan şəxslərdən olub”, - deyə paylaşımda bildirilib.