İtaliyada narıncı xəbərdarlıq elan edildi

İtaliyada narıncı xəbərdarlıq elan edildi backend

İtaliyada hökm sürən əlverişsiz hava şəraiti fəsadlara səbəb olub.

QAZİLER.AZ. Publika.az-a istinadən xəbər verir ki, şimaldakı Emiliya-Romaniya regionunda qırmızı, Liquriya, Lombardiya, Toskana və Marke bölgələrində isə narıncı xəbərdarlıq elan edilib. Emiliya-Romaniyada leysan yağışları nəticəsində kiçik çaylar məcrasından çıxıb, bəzi evləri su basıb. Magistral yollar və küçələr su altında qalıb.

Toskanada küləyin sürəti saatda 112 kilometrə çatıb. Güclü külək ağacları avtomobillərin üzərinə və yollara aşırıb, binaların dam örtüklərini qoparıb.

Emiliya-Romaniya regionunda və Marke bölgəsində mülki müdafiə qrupları tərəfindən 300-dən çox xilasetmə işləri aparılıb. İnfrastruktura ciddi ziyan dəydiyi bildirilir. Torpaq sürüşməsi və daşqın təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq olunub.

Trentinoda 2400 metr hündürlükdə qar yağıb. Hazırda bölgədən geniş və intensiv yağıntılara səbəb olan Atlantik dalğası keçir. Valsuqanadakı Kaldonazzo gölünün ərazisinə qar yağıb. Lombardiya regionunun Sondrio bölgəsində qar fırtınası müşahidə olunur. Hava şəraiti ilə əlaqədar bəzi avtomagistralların təhlükəsizlik səbəbindən bağlı qalacağı bildirilib.

Paytaxt Romada isə güclü küləyə görə qəbiristanlıqlar bağlanıb, əhaliyə parklara və açıq məkanlara getməmələri tövsiyə olunub.

Diaspora