Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) su ehtiyatlarının çatışmazlığı ilə bağlı problemlərin həlli üçün 150 milyon dollar ayıracaq.
QAZİLER.AZ Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 28-ci Konfransının sədrliyi bildirib.
"BƏƏ su qıtlığını aradan qaldırmaq üçün 150 milyon dollar yeni maliyyə ayırdığını elan edir", - deyə qeyd olunub. Sədrliyin qeyd edib ki, vəsait ən həssas ölkələrdə su təhlükəsizliyinin təmin edilməsi layihələrinin dəstəklənməsi üçün istifadə olunacaq.
Bundan əlavə, BƏƏ-nin Sənaye və Qabaqcıl Texnologiyalar baziri, COP28-in sədri Sultan bin Əhməd Əl Cabir bildirib ki, BƏƏ metan tullantılarının azaldılması və səmt neft qazının məşəldə yandırılması layihələrini maliyyələşdirən Dünya Bankının Etimad Fonduna 100 milyon dollar vəsait ayırıb.