İsrail Müdafiə Qüvvələri Livandakı "Hizbullah"ın infrastrukturunu hədəf aldığını bildirib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə IDF-yə məxsus "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, zərbələr aviasiya, minaatan və artilleriya atəşlərindən istifadə etməklə, İsrail ordusunun mövqeləri istiqamətində atışların həyata keçirildiyi nöqtələrə endirilib.
Oktyabrın 7-də səhər saatlarında Həmas döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə soxularaq çoxlu mülki vətəndaşı və hərbçini öldürüb, girov götürüb, ölkə ərazisinə 3000-dən çox raket atıblar.
Qurbanların sayı ən azı 1400 nəfər olub, əksəriyyəti mülki şəxslərdir. Ölənlərin çoxu musiqi festivalının iştirakçıları olub. Bu hücum Holokostdan sonra yəhudilərin ən böyük kütləvi qətli idi. Buna cavab olaraq İsrail Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb.
Noyabrın 24-də bəzi girov və əsirlərin dəyişdirilməsi üçün atəşkəs elan edilib. Əvvəlcə 4 gün davam etməli idi, sonra uzadıldı, lakin dekabrın 1-də başa çatdı.