ABŞ Avstraliyaya 2 milyard dollarlıq təlim avadanlığının satışını təsdiqləyib

ABŞ Avstraliyaya 2 milyard dollarlıq təlim avadanlığının satışını təsdiqləyib backend

ABŞ Dövlət Departamenti AUKUS tərəfdaşlığı çərçivəsində Avstraliyaya təxminən 2 milyard dollarlıq təlim avadanlıqlarının satışını təsdiqləyib.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq Ofisinin bəyanatında deyilir.

Bəyanatda həmçinin vurğulanır ki, satış iki ölkənin xarici siyasət məqsədlərinə və milli təhlükəsizliyinə nail olunmasına töhfə verəcək.

“Avstraliya ən yaxın, ən etibarlı və bacarıqlı qlobal müttəfiqlərimizdən biridir. ABŞ-Avstraliya ittifaqı Birləşmiş Ştatların milli maraqları üçün çox vacibdir", - sənəddə deyilir.

Təlim avadanlığının satışı üzrə bütün planları həyata keçirmək üçün üç il müddətinə 70-ə yaxın hökumət nümayəndəsi və podratçı təyin olunacaq.

 

 

Diaspora