Misir hökuməti Fələstin-İsrail münaqişəsi zonasında humanitar atəşkəsin uzadılmasına nail olmaq üçün hər cür səy göstərir.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Ərəb Respublikasının dövlət informasiya xidmətinin rəhbəri Diya Rəşvan məlumat verib.
Onun sözlərinə görə, Qahirə Qəzza zolağında atəşkəsin ləğvindən və hərbi əməliyyatların bərpasından çox təəssüflənir. Eyni zamanda, rəsmi münaqişə tərəfləri arasında barışıq müddətinin tezliklə uzadılmasının vacibliyinə diqqət çəkib.
“Diya Rəşvan bildirib ki, Misir tərəfdaşları ilə birlikdə atəşkəsə mümkün qədər tez qayıtmaq və onun müddətini uzatmaq üçün hər cür səy göstərir”, - agentlik ölkənin dövlət informasiya xidmətindən sitat gətirib.
Qeyd edək ki, oktyabrın 24-də Qəzza zolağında atəşkəs elan edilib. İsrail və Fələstinin HƏMAS hərəkatı əvvəlcə 4 günlük atəşkəsə razılaşıb, lakin bu, 7 gün davam edib.
QAZİLER.AZ