Ukraynada koronavirusla bağlı vəziyyət pisləşib və hazırda COVID-19-un 13 ştamı qeydə alınıb.
Qaziler.az bu barədə UNİAN-a istinadla xəbər verir.
“Hazırda üç regionda - Ternopol, Jitomir və Çernivtsidə epidemiya həddi artıq keçib, yəni bu bölgələrə artıq müəyyən məhdudlaşdırıcı, karantin tədbirləri tətbiq edə bilər”, - "Biokurs" diaqnostika tibb mərkəzinin baş həkimi Taras Jiravetski bildirib.
"Epidemioloji həddin keçildiyi regionlara gəlincə, yəqin ki, bəzi məhdudiyyətlər qoymağa dəyər. Məsələn, çoxlu sayda insanın bir yerə toplanması ilə bağlı... Yəni, əhaliyə bu cür məhdudiyyətlər qoymaq lazımdır. Toylar, ad günləri və digər kütləvi tədbirlərlə bağlı tövsiyələr...Və bu, “COVID-19-un yayılmasını azaltmaq üçün insanların sayını məhdudlaşdırmaq normal tövsiyə olardı”, - deyə mütəxəssis bildirib.
QAZİLER.AZ