Makron kömürlə bağlı dünyanın ən zəngin ölkələrinə müraciət edib

Makron kömürlə bağlı dünyanın ən zəngin ölkələrinə müraciət edib backend

Fransa prezidenti Emmanuel Makron Yeddilik Qrupuna (G7) 2030-cu ilə qədər kömürdən istifadəni dayandırmağı tövsiyə edib.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, Fransa lideri analoji təkliflə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) 28-ci Tərəflər Konfransında çıxış edib.

Makron əminliklə bildirib ki, əgər ilk olaraq ən zəngin ölkələr kömürdən imtina edərlərsə, o zaman hamı onlardan nümunə götürəcək.

"Böyük yeddilik ölkələri nümunə göstərməli və 2030-cu ilə qədər kömürdən imtina etmək öhdəliyi götürən ilk ölkələr olmalıdır”, - Fransa lideri deyib.

O, Parisin vədinə əməl edəcəyini və 2027-ci ilə qədər ölkədəki bütün kömürlə işləyən istilik elektrik stansiyalarını bağlayacağını vəd edib.

QAZİLER.AZ

Diaspora