İraq prezidenti çayların qurumasından şikayətlənib

İraq prezidenti çayların qurumasından şikayətlənib backend

İraq prezidenti Əbdüllətif Camal Rəşid Dubayda BMT-nin iqlim konfransında (COP28) çıxışı zamanı ölkəsinin iqlim dəyişikliyi səbəbindən ciddi su böhranı ilə üzləşdiyini deyib.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, prezidentin sözlərinə görə, ölkənin cənubundakı bataqlıqlar quruyub, hətta Dəclə və Fərat çaylarının da quruması təhlükəsi var,

“Ölkə çox ciddi su böhranı ilə üz-üzədir, buna ən yaxşı nümunə İraqın cənubundakı YUNESKO-nun Ümumdünya İrsi bataqlıq ərazilərində baş verən quraqlıqdır... Dəclə və Fərat çaylarının suyu hazırda tükənmək və qurumaq təhlükəsi ilə üz-üzədir”, -Rəşidi qeyd edib.

İraq istixana qazı emissiyaları az olan bir ölkədir, lakin rekord temperatur və yağışın olmaması, ekstremal hava şəraiti quraq ərazilərin genişlənməsinə və səhralaşmaya səbəb olub. Bu, böhrana, yoxsulluğun artmasına və daxili köçkünlük və xarici miqrasiya nisbətlərinin artmasına səbəb olub.

QAZİLER.AZ

Diaspora