Bu hərbi xidmətə gedən rusların sayı açıqlanıb

Bu hərbi xidmətə gedən rusların sayı açıqlanıb backend

“2023-cü il yanvarın 1-dən dekabrın 1-dək Rusiya Silahlı Qüvvələrində 452 mindən çox insan hərbi xidmətə qəbul edilib”.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev silahlı qüvvələrin müqaviləli əsgərlərlə doldurulmasına dair iclasında bildirib.

Onun sözlərinə görə, müqaviləli xidmətə daha çx Sevastopol, Moskva və Çeçenistan sakinləri yazılıb.

“Müdafiə Nazirliyinin məlumatına görə, bütövlükdə ölkə üzrə bu il yanvarın 1-dən dekabrın 1-dək 452 mindən çox insan birləşmiş qoşun qrupunun maraqları naminə hərbi xidmətə çağırılıb”, - Medvedevin “Vkontakte” səhifəsində yayımlanıb.

QAZİLER.AZ

Diaspora