2024-cü ildə Rusiyada “Okean-2024” irimiqyaslı strateji komanda-qərargah təlimləri keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri, ordu generalı Sergey Şoyqu deyib.
O bildirib ki, təlimlərə Rusiya Silahlı Qüvvələrinin bütün qoşun növləri cəlb olunacaq.
Manevrlər gələn ilin sonunda keçiriləcək.
Təlimlərə nə qədər hərbçinin cəlb olunacağı hələ ki, məlum deyil.
Rusiyan müdafiə naziri Sergey Şoyqu bildirib ki, gələn il ölkədə “Okean-2024” irimiqyaslı strateji komanda-qərargah təlimləri keçiriləcək.
Nazirin sözlərinə görə, “Okean-2024” təlimləri Rusiya ordusunun hərbi-siyasi vəziyyətin dəyişməsinə vaxtında reaksiya verməsi üçün töhfə olacaq.