Kaliforniyada 4,8 bal gücündə zəlzələ baş verib

Kaliforniyada 4,8 bal gücündə zəlzələ baş verib backend

 ABŞ-ın Kaliforniya ştatında, Meksika ilə sərhəd yaxınlığında 4,8 bal gücündə zəlzələ qeydə alınıb.

Qaziler.az bildirir ki, bu barədə ABŞ Geoloji Xidmətinin (USGS) saytı məlumata verib.

Yeraltı təkanlar yerli vaxtla saat 7:43-də  El Sentro şəhəri yaxınlığında qeydə alınıb. Qeyd edilir ki, zəlzələnin ocağı 9,6 km dərinlikdə yerləşib.

Həmçinin, bundan bir saat sonra Çilidə 5 bal gücündə zəlzələ baş verib. Onun gücü Boliviyada da hiss olunub.

Tələfat və dağıntılar barədə məlumat verilmir.

QAZİLER.AZ

Diaspora