Almaniyada dördgünlük formatda işi nəzərdə tutan yeni layihədə iştirak etmək üçün azı 45 müəssisə və təşkilat qeydiyyatdan keçib.
Qaziler.az bildirir ki, bu barədə dekabrın 1-də "Stern" nəşri yazır.
Qeyd edildiyi kimi, layihənin icrası zamanı şirkətlər ekspertlərlə məsləhətləşə, yeni texnikaları öyrənə və digər iştirakçı işəgötürənlərlə fikir mübadiləsi apara biləcəklər. Qeyd olunur ki, elmi qiymətləndirməyə görə məsuliyyət Münsterdəki Vestfaliya Vilhelm Universitetinin üzərinə düşür.
QAZİLER.AZ