Qırğızıstanın Bişkek, Oş, Karakol və Talas şəhərlərində sahibkarların mitinqləri keçirilir.
Qaziler.az Qazaxıstan mətbuatına istinadən bildirir ki, onlar yeni vergi dəyişikliklərinin əleyhinədirlər.
Qeyd olunur ki, 2024-cü il yanvarın 1-dən Qırğızıstanda vergi qanunvericiliyində edilən dəyişikliklərə əsasən, patent vergisi sistemi ləğv ediləcək.
Bu gün bütün şəhərlərdə keçirilən etiraz aksiyasının iştirakçıları nəzarət-kassa aparatlarının məcburi istifadəsinə qarşı çıxır və sahibkarlara patent əsasında işləməyə davam etmələrinə icazə verilməsini tələb edirlər.
QAZİLER.AZ