Lavrov Blinken və Borrelin ATƏT Nazirlər Şurasından getməsi ilə bağlı: "onlar qorxaqdırlar, səmimi söhbətdən qorxurlar" deyib.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə dekabrın 1-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"ABŞ dövlət katibi Antoni Blinkenin və Avropa diplomatiyasının rəhbəri Cozep Borrelin ATƏT Xarici İşlər Nazirləri Şurasının (FMCO) iclasını vaxtından əvvəl tərk etməsi onların istənilən səmimi söhbətdən qorxduqlarından xəbər verir, onlar “sadəcə qorxaqdırlar", - Lavrov bildirib.
ATƏT-in Xarici İşlər Nazirləri Şurası noyabrın 30-da və dekabrın 1-də Skopyedə keçirilir.
QAZİLER,AZ