Böyük Britaniya Almaniyanı Türkiyəyə “Typhoon” qırıcısı satmağa razı salacaq

Böyük Britaniya Almaniyanı Türkiyəyə “Typhoon” qırıcısı satmağa razı salacaq backend

Britaniya Almaniyanın Türkiyəyə 40 ədəd “Eurofighter Typhoon” qırıcısı satmağa razı salmağa kömək edəcək.

Bu barədə jurnalistlərə Türkiyə Müdafiə Nazirliyindəki mənbələr Böyük Britaniyanın müdafiə naziri Qrant Şappsın ötən həftə Ankaraya səfərini şərh edərkən bildirib.

Bildirilir ki, Ankaranın “Eurofighter” təyyarələrini alması məsələsi Türkiyənin milli müdafiə naziri Yaşar Gülerlə britaniyalı həmkarı arasında keçirilən görüşdə müzakirə olunub. Qrant Şapps türkiyəli naziri əmin edib ki, almanları təyyarəni satmağa razı salmağa kömək edəcəklər.

O da vurğulanıb ki, “F16”nın satın alınması və modernləşdirilməsi prosesi davam etdiyi üçün bu “Typhoon”lar İstanbulun diqqət mərkəzində olduğu yeganə təyyarədir.

Qeyd edək ki, Türkiyə 40 ədəd ən müasir versiyalı “Typhoon” qırıcısı almaq niyyətindədir (birinci mərhələdə 20, daha sonra isə yenə 20). (oxu.az)

Mənbə: TRT Haber

Diaspora