Krımda fırtına nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.
Qaziler.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Krım rəhbəri Sergey Aksenov dekabrın 1-də Telegram kanalında bildirib.
Onun sözlərinə görə, 3 bələdiyyədə 159 fərdi təsərrüfat, iki çoxmənzilli yaşayış binası, 193 fərdi torpaq sahəsi, 60 bağ evi də su altında qalıb.
QAZİLER.AZ