Almaniyanın Baş Konsulluğu dekabrın 1-dən Rusiyanın daha iki şəhərində - Yekaterinburq Novosibirskdə fəaliyyətini dayandırıb.
Qaziler.az bildirir ki, bu barədə bu Avropa ölkəsinin Rusiyadakı nümayəndəliyinin saytında məlumat verilib.
" Almaniyanın Moskvadakı səfirliyi ilə əlaqə saxlamanız xahiş olunur", - deyə saytda bildirilib.
Avropa İttifaqı ölkəsinin nümayəndəliyi 1994-cü ildən Novosibirskdə fəaliyyət göstərir və Sibir və Uzaq Şərq regionlarına xidmət göstərir.
QAZİLER.AZ