İsrail ordusu Qəzza zolağında döyüşləri bərpa edib

İsrail ordusu Qəzza zolağında döyüşləri bərpa edib backend

İsrail ordusu Qəzza zolağında döyüşləri bərpa edib.

Apa xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İsrael Defence Forces – İDF) “X” platformasında məlumat yayıb.

İsrail Müdafiə Qüvvələri HAMAS-ı İsrail ərazisini atəşə tutmaqda günahlandırıb.

Xatırladaq ki, 22 noyabr tarixində Misir və Qətərin vasitəçiliyi ilə İsrail və HAMAS arasında Qəzza sektorunda dörd günlük humanitar atəşkəs haqqında razılığa gəlinib.

Razılaşma əsasında İsrail həbsxanalarında saxlanılan fələstinli yeniyetmə və qadınların azad edilməsi müqabilində Qəzza zolağında saxlanılan girovların azadlığa buraxılmasına başlanılıb.

27 noyabrda Qətər XİN rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib ki, tərəflər Qəzzada humanitar atəşkəs rejiminin eyni şərtlərlə daha iki gün uzadılması barədə razılığa gəlib. Dünən səhər saatlarında isə atəşkəsin əlavə bir gün uzadıldığı elan edilib.

loading...
Diaspora