Poroşenkonun Avropa İttifaqından istiəyi

Poroşenkonun Avropa İttifaqından istiəyi backend

Ukrayna BMT Təhlükəsizlik Şurasının mandatı əsasında sülhməramlı qüvvə qismində Avropa İttifaqının polis missiyasının ölkəyə göndərilməsini istəyir.

APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə ali nümayəndəsi Yohannes Han ilə Kiyevdə keçirdiyi mətbuat konfransında deyib. O, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının bu barədə qəbul etdiyi qərar barədə Y. Hanı məlumatlandıracağını söyləyib.

P. Poroşenko bildirib ki, sülhməramlı missiyanın tərkibində Rusiya hərbçiləri iştirak etməməlidir: “Rusiya təcavüzkar ölkə kimi Ukraynadakı gələcək sülhməramlı əməliyyatda iştirak edə bilməz və etməyəcək”.
Diaspora