Kim Çen Inın bacısı ABŞ ilə dialoqdan imtina edib

Kim Çen Inın bacısı ABŞ ilə dialoqdan imtina edib backend

Şimali Koreya lideri Kim Çen Inın bacısı cümə axşamı ABŞ-nin diplomatiyaya qayıdış çağırışlarını rədd edib və Şimali Koreyanın kəşfiyyat peykinin buraxılışının tənqidi ilə bağlı müzakirələrə dərhal reaksiya verib. O, BMT-nin qadağalarına zidd olaraq, orbitə daha çox peykin buraxılacağını vəd edib.

Qaziler.az bildirir ki, məlumayt “The Washington Times” qəzetində dərc edilib.

Nəşrin yazdığına görə, bu həftənin əvvəlində BMT Təhlükəsizlik Şurasının iclası zamanı ABŞ-nin BMT-dəki səfiri Linda Tomas-Qrinfild Şimali Koreyanın peyk fırlatmasını qonşularını təhdid edən “ehtiyatsız, qeyri-qanuni” hərəkət adlandırıb. Eyni zamanda, o, ABŞ-nin heç bir ilkin şərt olmadan dialoq təklifini təkrarlayaraq, Şimali Koreyanın zamanı və mövzunu seçə biləcəyini deyib.

Lakin KXDR liderinin bacısı Kim Yo Conq ABŞ-nin təşəbbüsünü rədd edərək, ABŞ-ni orbitə yeni peyklərin və digər silahların buraxılması ilə hədələyib.

QAZİLER.AZ

Diaspora