BMT-dən ABŞ-yə xəbərdarlıq: “Ət yeməyi dayandırın”

BMT-dən ABŞ-yə xəbərdarlıq:  “Ət yeməyi dayandırın” backend

Birləşmiş Millətlər Təşkilatının ABŞ də daxil olmaqla Qərb ölkələrini iqlim dəyişikliyi ilə mübarizədə ət istehlakını kəskin şəkildə azaltmağa çağıracağı gözlənilir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Dubayda cümə axşamı başlayacaq və iki həftə davam edəcək COP28 iqlim sammitində qlobal qida tövsiyələrini özündə əks etdirən yol xəritəsini dərc edəcəyini açıqlayıb. 

Qurum həddindən artıq ət istehlak edən ölkələri istixana qazı emissiyalarını azaltmaq üçün istehlakı məhdudlaşdırmağa çağıracaq.

O, həmçinin fermerlərin qeyri-sabit hava şəraitinə necə uyğunlaşa bilməsi və qida tullantıları,  gübrələrin emissiyalarını azaltması ilə bağlı təlimat dərc edəcək.

QAZİLER.AZ

Diaspora