“Tesla” “Cybertruck” pikaplarının satışını dayandırıb

“Tesla” “Cybertruck” pikaplarının satışını dayandırıb backend

“Tesla” müvəqqəti olaraq “Cybertruck” pikapları üçün sifariş qəbulunu dayandırıb.

Qaziler.az bildirir ki, “Teslarati”nin verdiyi məlumata görə, şirkətin rəsmi saytındakı səhifədə 100 dollar avans ödəməklə elektrik avtomobili sifariş etmək artıq mümkün deyil.

Hazırda “Cybertruck” səhifəsində yalnız elektrik yük maşınının istehsal versiyasının premyerasına qədər geri sayım taymeri göstərilir. Nümayiş noyabrın 30-da şirkətin Texasdakı zavodunda Moskva vaxtı ilə saat 23:00-da baş tutacaq.

“Cybertruck” ilk dəfə 2019-cu ildə təqdim edilib. Kütləvi istehsalın 2021-ci ildə başlayacağı, başlanğıc qiymətinin isə təxminən 40 min dollar olacağı planlaşdırılırıb. 2022-ci ilin yanvarında “Tesla”nın baş direktoru İlon Mask komponentlərin çatışmazlığı səbəbindən Cybertruck istehsalının başlamasının 2023-cü ilə təxirə salındığını elan etdi. Şirkətdən verilən məlumata görə, elektromobil 1,5 tondan çox yük daşıya, 96 km/saat sürəti 2,9 saniyəyə yığa və bir akkumulyatorun doldurulması ilə 800 km məsafə qət edə bilir.

QAZİLER.AZ

Diaspora