Almaniya Kalininqraddakı Baş Konsulluğunu bağlayıb

Almaniya Kalininqraddakı Baş Konsulluğunu bağlayıb backend

Almaniyanın Kalininqraddakı Baş Konsulluğu noyabrın 30-da fəaliyyətini dayandırıb.

Qaziler.az xəbər verir ki, bu barədə Almaniya diplomatik missiyasının saytında bildirilib. Diplomatik nümayəndəliyin bağlanmasının səbəbləri açıqlanmayıb.

“Kalininqraddakı Baş Konsulluğun konsulluq dairəsindən konsulluq və pasport məsələləri üçün Sankt-Peterburqdakı Baş Konsulluğa müraciət edin. Viza məsələləri ilə bağlı Almaniyanın Moskvadakı səfirliyinin viza şöbəsi ilə əlaqə saxlamağınız xahiş olunur”, - məlumatda qeyd edilib.

Qeyd edilib ki, bu hadisə Rusiya hakimiyyətinin ölkədəki alman qurumlarının işçilərinin sayını azaltmaq qərarından sonra olub. Konsulluq bölgədə 20 ilə yaxındır ki, fəaliyyət göstərirmiş.

QAZİLER.AZ

Diaspora