Cənubi Koreyanın “Samsung Electronics” şirkətinin əməliyyat gəlirləri bu ilin üçüncü rübü ərzində ötən ilin analoji dövrünün nəticələri ilə müqayisədə 79,8 faiz artıb.
İKT.lent.az-ın verdiyi məlumata görə, “Samsung” şirkətinin bu ilin üçüncü rübü üzrə gəlirləri 7,3 trilyon von və ya 6,3 milyard dollar qiymətləndirilir. Ötən ilin eyni dövründə şirkətin gəlirlərinin həcmi 4,1 trilyon von olub. Bu rəqəm analitiklərin verdiyi proqnozlardan 6,7 trilyon von çoxdu”.Bundan başqa, Cənubi Koreya şirkətinin elektronika istehsalçısının təxmin edilən mənfəəti 7,5 faiz artaraq 51 trilyon vona çatıb.
“Samsung” şirkətinin maliyyə hesabatı daha ətraflı oktyabr ayının sonunda açıqlanacaq. Daha əvvəl isə deyilib ki, “Samsung” şirkəti baş ofisində çalışan işçilərin 10 faizi ixtisar edəcək.