İsrail ordusu “İslami Cihad” qruplaşmasının liderlərindən birini öldürüb

İsrail ordusu “İslami Cihad” qruplaşmasının liderlərindən birini öldürüb backend

İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində yerləşən qaçqın düşərgəsində keçirilən antiterror əməliyyatı zamanı batalyon komandiri Məhəmməd Zubeydi də daxil olmaqla iki təhlükəli radikalı məhv edib.

Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.

“SAXAL, Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) və İsrail Sərhəd Polisinin birgə keçirdiyi antiterror əməliyyatı zamanı qaçqın düşərgəsində iki yüksək rütbəli terrorçu, o cümlədən düşərgənin batalyon komandiri Məhəmməd Zubeydi məhv edilib. Zubeydi “İslami Cihad” qruplaşması və düşərgədəki əsas terrorçulardan biri olub”, - deyə məlumatda bildirilir.

Mənbə: TASS

Diaspora