“Latviya hazırda Finlandiya kimi Rusiya və Belarusla sərhədi tamamilə bağlamağı planlaşdırmır”.
Qaziler.az xəbər verir ki, bunu Latviyanın Daxili İşlər Nazirliyinin rəhbəri Riçard Kozlovskis LETA-ya bildirib. Onun sözlərinə görə, Latviyanın məsul qurumları qeyri-qanuni miqrasiya axınının dinamikasını diqqətlə izləyir.
“Vəziyyət kökündən dəyişərsə və milli təhlükəsizliyə təhlükə yaranarsa, Latviya şərq sərhədini tamamilə bağlaya bilər. Lakin hələlik belə planlar yoxdur”, - deyə o bildirib.
QAZİLER.AZ