Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev “Mənim həyatım” adlı xatirələrində ilk dəfə olaraq ikinci ailəsinin olduğunu etiraf edib.
Qaziler.az xəbər verir ki, bu barədə yerli “Orda” nəşri yazıb. O, ikinci həyat yoldaşının çoxdan gözlənilən oğullarını dünyaya gətirdiyini deyib. Qeyd edilib ki, onun ilk evliliyindən üç qızı var.
Eks-lider 90-cı illərin sonlarında yeni həyat yoldaşı Asel İsabayeva ilə tanış olduğunu etiraf etdiyi kitabda bildirib. Nazarbayevin xatirələrinə görə, o, Taldıkorqana işgüzar səfəri zamanı keçiddə ona gül buketi verib.
"Məlumdur ki, belə bir mərasimdə iştirak etmək üçün ən gözəl yerli qızlar seçilir. Bizim adət etdiyimiz çox gözəl ritualdır. Hava limanında mənə gül hədiyyə edən qız heyrətamiz dərəcədə gözəl idi”, - Qazaxıstanın eks-prezidenti yazıb.
QAZİLER.AZ