Kadırovun oğluna yeni fəxri ad verilib

Kadırovun oğluna yeni fəxri ad verilib backend

Çeçenistan lideri Ramzan Kadırovun 16 yaşlı oğlu Adəm Kadırov Donetsk şəhərinin fəxri vətəndaşı adına layiq görülüb.

Qaziler.az bu barədə “Nyus.ru”ya istinadla xəbər verir.

Müvafiq əmri şəhər administrasiyasının rəhbəri Nikolay Volkov imzalayıb və sənəd departamentin saytında dərc edilib.

“Fəxri vətəndaş adı Adəm Kadırova fəal vətəndaş mövqeyinə, Donetsk və Qroznı şəhərlərinin mədəni əlaqələrinə və Rusiya Federasiyasının bütün ərazisində şəhərin imicinin yaxşılaşdırılmasına mühüm şəxsi töhfə verdiyinə görə təqdim edilib”, - noyabrın 24-də imzalanan sərəncamda qeyd edilib.

QAZİLER.AZ

Diaspora