Fələstinin HƏMAS hərəkatı Rusiya vətəndaşlığı olan iki girovu azad etdiyini açıqlayıb.
Qaziler.az bildirir ki, məlumatı HƏMAS özünün “Telegram” kanalında yayımlayıb.
Məlumatda onların Qızıl Xaç Cəmiyyətinə təhvil verildiyi qeyd edilib.
“Rusiya prezidentinin səylərinə cavab olaraq, İslami Müqavimət Hərəkatı HƏMAS çərşənbə günü Rusiya vətəndaşlığı olan iki girovu azad edib və onları Rusiya Xarici İşlər Nazirliyinin rəsmilərinə verilməsi üçün ilk addım olaraq Qırmızı Xaç Cəmiyyətinə təhvil verilib”, - bəyanatda qeyd edilib.
Qeyd edilib ki, İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvinin sözlərinə görə, azı yeddi rusiyalı HƏMAS-da girov olaraq saxlanılır.
QAZİLER.AZ