Ukraynada 86 yaşlı təqaüdçü qadına hərbi komissarlıqdan çağırış vərəqəsi gəlib

Ukraynada 86 yaşlı təqaüdçü qadına hərbi komissarlıqdan çağırış vərəqəsi gəlib backend

Ukraynanın Dnepropetrovsk vilayətinin 86 yaşlı sakini hərbi komissarlıqdan çağırış vərəqəsi alıb.

Məlumata görə, buna arqument kimi onun tibbi təhsilinin olması gətirilib.

Maraqlısı budur ki, çağırış vərəqəsində onun 1937-ci il təvəllüdlü olduğu göstərilsə də, bu heç kimi təəccübləndirməyib.

Qeyd edək ki, oktyabrın 1-dən Ukraynada əczaçılıq və tibb təhsili olan qadınların hərbi qeydiyyatına başlanılıb. Artıq hərbi bileti olanlar öz məlumatlarını yeniləməli və tibbi müayinədən keçməlidirlər.

Diaspora