NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya Ukraynadakı müharibədə yüzlərlə təyyarə, minlərlə tank, eləcə də 300 mindən çox əsgər itirib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, NATO-nun baş katibi Yens Stoltenberq NATO Xarici İşlər Nazirləri Toplantısının sonunda təşkil edilən mətbuat konfransında iki gün ərzində Ukrayna, Çin və Qərbi Balkanlar kimi bir çox mövzunu müzakirə etdiklərini bildirib.
Ukraynadakı vəziyyəti yerində qiymətləndirdiklərini ifadə edən Stoltenberq Rusiyanın ələ keçirdiyi bölgələrin yüzdə 50-nin Ukrayna ordusu tərəfindən geri alındığını bildirib.
Ukraynanın suveren dövlət kimi mövcudluğunu davam etdirdiyini və bunun ən mühüm nailiyyət olduğunu vurğulayan Stoltenberq Rusiyanın döyüşlərdə böyük itkilər verdiyini və iqtisadi cəhətdən zəiflədiyini bildirib.
Stoltenberq Rusiyanın siyasi baxımdan təkcə Ukraynada deyil, yaxın ətrafı Qafqazda və Orta Asiyada da təsirini itirdiyini bildirərək, "Rusiya Çindən daha çox asılı vəziyyətə düşür. Moskva gələcəyini Pekinə girov qoyur. Hərbi cəhətdən Rusiya qüvvələrinin əhəmiyyətli bir hissəsini itirdi. “Yüzlərlə təyyarə, minlərlə tank və 300 mindən çox insan itkisi var", - deyə o, bildirib.
QAZİLER.AZ