Almaniyanın keçmiş prezidenti ölkədə anti-İslam əhval-ruhiyyənin artması ilə bağlı xəbərdarlıq edib

Almaniyanın keçmiş prezidenti ölkədə anti-İslam əhval-ruhiyyənin artması ilə bağlı xəbərdarlıq edib backend

Almaniyanın keçmiş prezidenti Kristian Vulf ölkədə artan anti-müsəlman əhval-ruhiyyəsi (islamofobiya) ilə bağlı xəbərdarlıq edib və ifrat sağçıların “ksenofobiya və irqçi” təbliğatına qarşı tədbir görülməsinə çağırıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Vulf  AA müxbirinə ölkədə son zamanlar anti-müsəlman əhval-ruhiyyəsinin artmasına münasibət bildirib.

Almaniyada İslamın yeri ilə bağlı müzakirələrin hələ də davam etdiyini vurğulayan Vulf: "Hazırda bu müzakirə düşündüyümdən daha çətindir" deyib.

Almaniyada müsəlman tələbələr üçün artıq İslami kursların olduğunu və imamların yetişdirildiyini bildirən Vulf, buna baxmayaraq, Almaniyada müxtəlif problemlərlə bağlı hələ də müsəlmanların və mühacirlərin günahlandırıldığını bildirib.

QAZİLER.AZ

Diaspora