Polşada COVID-19-a yoluxma nisbətlərində artım qeydə alınıb.
Qaziler.az bildirir ki, RMF24 radiostansiyası məlumatına görə, Polşa 2023-cü ilin martından bəri ən yüksək COVID-19-a yoluxma qeydə alınıb.
“Polşada son bir ay ərzində demək olar ki, bütün koronavirus infeksiyası göstəriciləri artıb. Çərşənbə axşamı, bu payızda yeni yoluxmaların sayına görə rekord - 3,000-dən çox yoluxma hadisəsi aşkar edilib"deyə nəşr qeyd edir.
Radiostansiya müxbirinin sözlərinə görə, səhiyyə klinikalarında koronavirus testlərinin 70%-dən çoxu müsbətdir. Bəzi xəstəxanalarda maskaların taxılması yenidən məcburi hala salınıb.
Bundan əlavə, Polşanın Masoviya Voyevodalığında xəstələrin tibb müəssisələrinə qəbulu məhdudlaşdırılıb. Ostrolekadakı voyevodalıq xəstəxanasında belə müraciətlər əvvəlcədən razılaşdırılmalıdır.
QAZİLER.AZ