Qazaxıstanda məhkəmə Ukraynada döyüşlərdə iştirak edən "Vaqner"çiyə hökm oxuyub

Qazaxıstanda məhkəmə Ukraynada döyüşlərdə iştirak edən "Vaqner"çiyə hökm oxuyub backend

Qazaxıstanda "Vaqner" ÖHŞ-in döyüşçüsü Rusiyanın Ukraynada apardığı müharibədə iştirak etdiyinə görə həbs edilib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Qazaxıstanda "Vaqner" ÖHŞ-in tərkibində Ukraynada xüsusi hərbi əməliyyatda iştirak edən ölkə vətəndaşı həbs edilib. Bu barədə Karaqanda şəhərinin Kazıbekbiyski rayon məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Məhkumun adı Aleksandr Şompolovdur - o, Krasnoyarsk diyarındandır, lakin Qazaxıstan vətəndaşıdır.

“Bu ilin mart ayında Qaraqanda vilayətinin Topar kəndində evdə olarkən “VK” sosial şəbəkəsi vasitəsilə “Vaqner” özəl hərbi şirkətinə hərbi əməliyyatlarda iştirak etmək üçün yaxşı pul mükafatı verildiyini öyrənərək Ukrayna ərazisində gedən döyüşlərdə iştirak etməyə razılaşıb”, - mətbuat xidmətinin məlumatında ​​qeyd olunub.

Qazaxıstan məhkəməsi Şompolovu “konstitusiya quruluşunu və Ukraynanın ərazi bütövlüyünü pozmaqda” ittiham edib.

QAZİLER.AZ

Diaspora