Türkiyə yaxın bir neçə həftə ərzində İsveçin NATO-ya üzvlük protokolunu ratifikasiya edə bilər.
Qaziler.az bildirir ki, bunu noyabrın 29-da Şimali Atlantika Alyansı ölkələrinin xarici işlər nazirlərinin görüşündən əvvəl İsveçin xarici işlər naziri Tobias Billström deyib.
“Dünən türkiyəli həmkarım Hakan Fidan ilə ikitərəfli görüşüm oldu və o, mənə dedi ki, ratifikasiyanın bir neçə həftə ərzində baş tutacağını gözləyir”.
Nazir onu da əlavə edib ki, müzakirə zamanı Türkiyə tərəfi İsveçlə bağlı hər hansı yeni şərt və ya tələb irəli sürməyib.
QAZİLER.AZ