Yaponiya hökuməti 2025-ci ildə YUNESKO-ya Amerikanın Xirosimanı atom bombası ilə vurmasının nəticələrinin xronikasını "Dünya Yaddaşı Sənədli İrs Reyestri"nə daxil etməyi tövsiyə edəcək.
Qaziler.az bildirir ki, bu barədə noyabrın 29-da Yaponiyanın xarici işlər naziri Yoko Kamikava məlumat verib.
“Xarici İşlər Nazirliyi digər aidiyyatı idarələrlə birlikdə 2025-ci ildə [YUNESKO-nun irs siyahısına] daxil edilməsi üzərində işləyəcək”, – NHK telekanalı diplomatdan sitat gətirir.
Onun sözlərinə görə, söhbət 1945-ci il atom bombasından atılmasından sonra Xirosimanın çəkilmiş foto və videolarından gedir. YUNESKO-nun "Ümumdünya Yaddaş Reyestri"nə daxil edilməsi ilə bağlı qərar iki ildən bir verilir. Növbəti qərar 2025-ci ildə qəbul ediləcək.
Materiallara partlayış günü göbələkşəkilli buludu və dağıntıları əks etdirən 1532 fotoşəkil, həmçinin bəzi xəbər görüntüləri də daxil olmaqla iki videoçarx daxildir, bunu Gazeta.Ru dəqiqləşdirir. Fotolar və videolar 1945-ci il avqustun 6-dan dekabrın 31-dək çəkilib.
Rəsmilər deyirlər ki, bu nadir fotoşəkillər qorunmalıdır ki, bütün dünyada insanlar atom bombasından sonra nə baş verdiyini anlaya bilsinlər və bunun bir daha təkrarlanmasının qarşısını alsınlar.