Kuleba ilk dəfə Slovakiya Xarici İşlər Nazirliyinin yeni rəhbəri ilə görüşüb

Kuleba ilk dəfə Slovakiya Xarici İşlər Nazirliyinin yeni rəhbəri ilə görüşüb backend

Brüsseldə iki günlük səfərdə olan Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çərşənbə axşamı Slovakiya Xarici İşlər Nazirliyinin yeni rəhbəri Yuray Blanar ilə ilk görüşünü keçirib.

Qaziler.az  xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində yazıb.

Kuleba slovakiyalı həmkarı ilə görüşü “konstruktiv” adlandırıb və Slovakiyanın beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Ukraynanın suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstəyinə görə ona təşəkkür edib.

“Slovakiyanın “sülh formulu” üzrə birgə işdə iştirakını davam etdirməsi də vacibdir, dekabrda Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq üçün Aİ-nin qərarını dəstəkləməyə hazırdır”, - deyə nazir əlavə edib.

QAZİLER.AZ

Diaspora