Litva Daxili İşlər Nazirliyi bildirib ki, ölkə miqrasiya təzyiqi fonunda belə bir qərar qəbul edən Finlandiyadan sonra Rusiya ilə sərhədi hələ tam bağlamayacaq.
Qaziler.az xarici mətbuata istinadən xəbər verir ki, Litva Daxili İşlər Nazirliyi “Rusiyanın təşkil etdiyi hibrid hücumu yaşayan” Finlandiyanın Rusiya ilə bütün sərhəd keçidlərini bağlamaq qərarını dəstəklədiyini bildirib.
"Biz hələ regional həllə ehtiyac görmürük. Litva sərhədi hələlik sakitdir. Bizim cavab verəcəyimiz təhlükə ilə bağlı aydın göstəricilərimiz var. Vəziyyəti izləyirik və dəyişiklik olarsa, cavab verəcəyik", - şərhdə deyilir. .
Qurumdan bildirilib ki, Litva mütəmadi olaraq qonşu ölkələrlə əlaqə saxlayır və müvafiq məlumatlar paylaşır.
QAZİLER.AZ