Baltikyanı ölkələr ATƏT Nazirlər Şurasının iclasını boykot edir - Lavrova görə

Baltikyanı ölkələr ATƏT Nazirlər Şurasının iclasını boykot edir - Lavrova görə backend

Litva, Latviya və Estoniyanın xarici işlər nazirləri Skopyedə (Şimali Makedoniya) keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının iclasına qatılmaqdan imtina ediblər. Onlar sözügedən iclasda Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovun iştirakına görə bu qərara gəliblər.

Qaziler.az bildirir ki, bu barədə noyabrın 28-də üç ölkə nazirlərinin Litva Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş birgə bəyanatında bildirilir.

“Biz Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Skopyedə ATƏT Nazirlər Şurasının 30-cu sessiyasında şəxsən iştirakına icazə verilməsi qərarından dərin təəssüf hissi keçiririk. Biz, Estoniya, Latviya və Litvanın nazirləri, burada iştirak etməyəcəyik və bunun yarada biləcəyi nəticələrə görə məsuliyyəti bölüşməyəcəyik”, - bəyanatda deyilir.

Ölkələrin diplomatik idarələrinin rəhbərlərinin sözlərinə görə, Rusiya Ukraynadakı fəaliyyəti nəticəsində Avropa təhlükəsizlik arxitekturasının bir hissəsi olmaqdan çıxıb. Onlar əmindirlər ki, Rusiyanın iştirakı yalnız “təbliğat üçün  fürsət verəcək”.

QAZİLER.AZ

Diaspora