Pentaqonun sözçüsü, ABŞ generalı Patrik Rayder bildirib ki, Yəmən sahillərində "Central Park" tankerini ələ keçirmək cəhdi Somali dəniz quldurları tərəfindən edilib.
Bu barədə Qaziler.az Reuters-ə istinadən xəbər verir.
Patrik Rayderin sözlərinə görə, tankerə hücum edənlərdən beşi somalili olub.
Xatırladaq ki, bazar günü Ədən körfəzində husilər fosfor turşusu yükü daşıyan tanker "Central Park"ı ələ keçiriblər.
ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş gəmisi kommersiya tankerinin qəza çağırışına cavab verib. ABŞ ordusu hücum edənlərdən ticarət gəmisini buraxmağı tələb edib.
QAZİLER.AZ