Əlcəzair Fransaya qaçaqmalçılıq yolu ilə aparılan 2 milyon tarixi sənədi geri almağa hazırlaşır

Əlcəzair Fransaya qaçaqmalçılıq yolu ilə aparılan 2 milyon tarixi sənədi geri almağa hazırlaşır backend

Əlcəzair, fransız müstəmləkəsi dövrü (1830-1962) dosyesiı üzərində "Yaddaş faylı" adlandırılan iş çərçivəsində Fransaya qaçaq yolla aparılan 2 milyon tarixi sənədi geri alacaq.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Əlcəzair dövlət radiosunun xəbərinə görə, Əlcəzairin Tarix və Yaddaş Komitəsi ilə Fransa Tarix və Yaddaş Komitəsi müstəmləkə dövründən rəqəmsallaşdırılmış 2 milyon sənədin Əlcəzairə qaytarılması ilə bağlı razılığa gəlib.

Müqavilə çərçivəsində Fransaya qaçaq yolla gətirilən 5 metr diametrli 29 rulon və Osmanlı dövrünə aid 13 qeyd dəftərin və bəzi yağmalanmış mülklərin Əlcəzairə qaytarılacağı da bildirilib.

Sözügedən razılaşma Əlcəzair-Fransa Birgə Tarix və Yaddaş Komitəsinin noyabrın 22-də Əlcəzairin Konstantin şəhərində keçirilən "arxiv sənədləri, biblioqrafiya, xronologiya və talan edilmiş əmlakların bərpası" adlı iclasdan sonra əldə edilib.

QAZİLER.AZ

Diaspora