NATO-nun baş katibi Yens Stoltenberq Qəzza zolağındakı vəziyyətlə Ukraynadakı vəziyyəti müqayisə etməməyə çağırıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, onunkeçirdiyi mətbuat konfransı alyansın X sosial şəbəkəsində yayımlanıb.
Onun sözlərinə görə, istənilən hərbi toqquşma zamanı beynəlxalq hüquq normalarına riayət edilməlidir. “Qəzza və Ukraynadakı vəziyyət fərqlidir və onları müqayisə etmək olmaz. Ukrayna Rusiyanı təhdid etməyib və ya ona hücum etməyib”, - baş katib vurğulayıb.
Stoltenberq Ukraynanın “təxribatsız təcavüzə” məruz qaldığını qeyd edib.
QAZİLER.AZ