Məşhur ağ ayı Xaarçaananın qarda topla oynaması - VİDEO

Məşhur ağ ayı Xaarçaananın qarda topla oynaması - VİDEO backend

Bu həftə məşhur heyvan 7 yaşını qeyd edəcək.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Peterburq zooparkında yaşayan, qarda yuvarlanaraq topla oynayan ağ ayı Xaarçaana qışın gəlişinə və yaxınlaşan Yeni ilə görə  sevinir.

Bazar günü, dekabrın 3-də heyvanxanada  Xaarçaananın ad gününü qeyd ediləcək. Noyabrın 30-da onun yeddi yaşı tamam olur. Bu hadisənin şərəfinə zooparkda qütb ayısına həsr olunmuş proqram təşkil olunacaq.

Burada Xaarçaananın yemlənməsi nümayiş olunacaq, onun haqqında maraqlı məlumatlar veriləcək. Zoopark əməkdaşlarının hazırladığı oyunda iştirak etmək və suvenir aparmaq mümkün olacaq.

QAZİLER.AZ

 

Diaspora